Bakı. Trend:
Almaniyanın Karlsrue şəhərində "Grenke Chess" festivalına start verilib.
Trend-in məlumatına görə, festival çərçivəsində təşkil olunan "Grenke Chess Open" və "Freestyle Chess Open" turnirlərində 130 qrossmeyster də daxil olmaqla, ümumilikdə 2000-dən çox şahmatçı iştirak edir.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov "Freestyle Chess Open" yarışına uğurlu başlanğıc edib və Almaniyalı Sebastyan Laemmel üzərində qələbə qazanıb.
"Grenke Chess Open"də çıxış edən Məhəmməd Muradlı yerli şahmatçı Gergeli Mannı məğlub edib. Eltac Səfərli isə İsveçrədən olan Qabriel Fernandesə üstünlük qazanıb.