Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Sloveniya arasında ticarət əməliyyatlarının həcmi 12,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 4,4 milyon ABŞ dolları və ya 52,3% çoxdur.
Hesabat dövründə Sloveniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,13%-i həcmində olub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Sloveniyaya 5,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 milyon ABŞ dolları və ya 51,6% çoxdur.
Eyni zamanda, hesabat dövründə Sloveniyadan Azərbaycana 7,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 milyon ABŞ dolları və ya 53,9% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.