...

Azərbaycan avtomobil idxalını 17%-dən çox artırıb

İqtisadiyyat Materials 17 Aprel 2025 14:31 (UTC +04:00)
Azərbaycan avtomobil idxalını 17%-dən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycana 22 936 ədəd avtomobil idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda avtomobilin idxalına çəkilən xərcin həcmi 400,3 milyon ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3 365 ədəd və ya 17,2%, dəyər ifadəsi ilə 40,2 milyon ABŞ dolları, yaxud da 10,9% artıb.

Belə ki, ötən ilin birinci rübündə Azərbaycana 361 milyon ABŞ dolları dəyərində 19 571 ədəd avtomobil idxalı edilib.

Dövr ərzində ölkəyə 9,5 milyon ABŞ dolları dəyərində 112 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 357,3 milyon ABŞ dolları dəyərində 20 946 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkil edib.

Məlumata görə, son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞ dolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə əksinə 52,6% və ya 1,9 milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti