...

QİBK vasitəsilə indiyədək nəql olunan neftin həcmi açıqlandı

Energetika Materials 17 Aprel 2025 11:12 (UTC +04:00)
QİBK vasitəsilə indiyədək nəql olunan neftin həcmi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qərb İxrac Boru Kəməri (QİBK) kəməri vasitəsilə dövrün əvvəlindən 100 milyon tona yaxın neft nəql edilib.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Qərb İxrac Boru Kəməri (QİBK) Azərbaycanda Səngəçal terminalından başlayaraq Gürcüstanda Supsa terminalına qədər uzanır.

Bildirilib ki, kəmər vasitəsilə Xəzərdəki neft yataqlarından Qara dəniz sahilinə nəql edilən xam neft Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Qeyd edək ki, Azərbaycan neftini dünya bazarlarına çıxaran boru xətlərindən biri - Qərb İxrac Boru Kəmərinin (QİBK) və Supsa terminalının rəsmi istifadəyə verilməsindən 26 il ötür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti