Bakı. Trend:
Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanlar var.
Trend xəbər verir ki, bu sözləri bunu Sloveniyanın xarici işlər naziri Tanya Fayon bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.
"Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanlar var. Mən Baş nazirin müavini, xarici işlər və Avropa məsələləri nazir olaraq iki ölkkə arasında əlaqələri daha da yaxınlaşdırmaq istəyirəm. Bügünkü tədbir sübut edir ki, biz öz münasibətlərimizi daha yüksək səviyyəyə aparamağa hazırıq", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir və ümidverici iqtisadiyyatı ilə investisiyalar cəlb edir.
"Sloveniyanın iqtisadiyyatı açıq və ixracyönümlüdür. Ölkələrimiz bir çox sahələr üzrə əməkdaşlığı genişləndirə və inkişaf etdirə bilərlər", - o bildirib.