Bakı. Trend:
Sloveniya Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə ilkin razılaşmaların əldə olunmasını alqışlayır.
Trend-in məlumatına görə, bunu Sloveniyanın xarici işlər naziri Tanya Fayon Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Sloveniya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlıdır.
“Sülh sazişi üzrə mətnin yekunlaşmasını alqışlayıram və hər iki tərəfi zəruri addımları ataraq bu sənədi tezliklə imzalamağa çağırıram. Sülhün region üçün çoxsaylı faydaları olacaq. Bu, müxtəlif ticarət təşəbbüslərinin gerçəkləşməsinə şərait yaradacaq və həm region daxilində, həm də ondan kənarda müsbət nəticələr verəcək. Eyni zamanda, bu proses Şərqlə Qərbi birləşdirəcək mühüm kommunikasiya kanalı ola bilər”, – deyə Tanya Fayon vurğulayıb.