Bakı.Trend:
Fransa öz geosiyasi məqsədlərinə çatmaq üçün Cənubi Qafqazda regional gərginliyin qorunub saxlanılmasında maraqlıdır.
Trend xəbər verir ki, bunu bu gün Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Biz məhz Yelisey sarayının vasitəçilik səylərini Erməni-Azərbaycan münaqişəsini, ixtilafları kəskinləşdirilməsi bahasına həyata keçirməyə çalışmasının dəfələrlə şahidi olmuşuq . ATƏT-in Minsk qrupunun fəaliyyətinin sabotajı və faktiki olaraq dağılması ilə bağlı 2022-ci ildə baş verənlərə görə əsas məsuliyyət fransızların üzərinə düşür," – deyə Zaxarova vurğulayıb.
Zaxarova qeyd edib ki, Avropa İttifaqının Ermənistandakı uzunmüddətli hədəfləri Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və vasitəçilik tapşırıqları ilə heç cür bağlı deyil.
“Avropa İttifaqının nümayəndələri Ermənistanla qonşuluqda olan bütün dövlət və ölkələrə qarşı fəaliyyətdədirlər. Onlar hər şeyi bir başa Brüsselə yönəldirlər. Niyə? Mənə elə gəlir ki, Brüsselin post-sovet məkanındakı vəzifəsini onsuzda heç kim gizlətmir. Bu sonsuz hərc-mərclikdir, ədavət, nifaq salmaqdır. Əlbəttə ki, müşahidəçilər regiona heç bir sabitlik gətirmirlər”, -deyə o bildirib.
Rusiya XİN mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, regiona aid olmayan oyunçuların fəallaşması – istər bu Avropa İttifaqı olsun, istərsə də Fransa – bu Cənubi Qafqazı heç bir halda sülh və çiçəklənməyə aparmır, əksinə burada yeni ayrıcı xətlər, yeni gərginlik ocaqları və yeni problemlər yaradır.