...

Orta Dəhliz münaqişələrdən asılı olmayan yeni iqtisadi modelə çevrilə bilər - Şanxay Universitetinin professoru (ÖZƏL)

İqtisadiyyat Materials 9 Aprel 2025 16:45 (UTC +04:00)
Orta Dəhliz münaqişələrdən asılı olmayan yeni iqtisadi modelə çevrilə  bilər - Şanxay Universitetinin professoru (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz regional dayanıqlığı gücləndirməyə və qlobal münaqişələrin təsirinə məruz qalmamış yeni marşrutlar yaratmağa qadir olan perspektivli layihədir.

Bunu Trend-ə Şanxay Siyasi Elmlər və Hüquq Universitetin professoru Xunşen Şen “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Orta Dəhliz Yaxın Şərqdəki münaqişələrdən və Ukrayna ilə Rusiya arasındakı müharibədən asılı olmayan yeni iqtisadi modelin formalaşmasına töhfə verə bilər”, – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, Xəzər dənizi üzərindən keçən marşrutun inkişafı konstruktiv rol oynaya və “xüsusilə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edə bilər”.

Professor, həmçinin, “yaşıl” enerji sahəsində Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayıb:

“Biz külək turbinləri, günəş panelləri kimi yaşıl enerji sahəsində əməkdaşlıq edirik. Bu əməkdaşlığımız gələcəkdə də davam edəcək”.

O, Çinin Azərbaycana investisiya qoyuluşunu alqışladığını əlavə edib:

“Biz şirkətləri və sahibkarları Azərbaycana investisiya qoymağa təşviq edirik”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti