Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı məsələləri danışıqlar yolu ilə həll etmək mümkün olmayacağı təqdirdə İrana qarşı hərbi əməliyyatların keçiriləcəyini istisna etməyib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə Ağ Evdə deyib.
"İrandan danışırıqsa, bəli, orduda istifadə etmək lazım olarsa, o zaman bunu edəcəyik", - deyə o bildirib.
Trampın sözlərinə görə, belə bir halda “İsrail aparıcı rolu öz üzərinə götürəcək”.
"İranın nüvə silahına malik olmasına icazə verilməməlidir", - deyə D.Tramp əlavə edib.