Bakı. Trend:
Rusiya və ABŞ nümayəndə heyətləri iki ölkənin diplomatik missiyalarının fəaliyyətinin normallaşdırılması üçün cümə axşamı İstanbulda məsləhətləşmələrin ikinci raundunu keçirəcək.
Trend-in məlumatına görə, ilk belə görüş fevralın 27-də baş tutub.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, görüşdə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edəcək.
"Diplomatların işinə mane olan çoxsaylı maneələrin, o cümlədən texniki maneələrin aradan qaldırılması istiqamətində aparılan əsaslı iş davam etdiriləcək", - deyə o qeyd edib.