...

Türkiyədən Özbəkistana polad ixracı azalıb

Dünya xəbərləri Materials 9 Aprel 2025 20:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz azalaraq, 4 milyon 630 min 91 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq, 16 milyon 720 min 60 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artıb, 4 milyon 35 min 31 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 1 milyon 549 min 577 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 219 min 149 dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti