...

Azərbaycan və Pakistan əsas istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirir - Şeraz Mahmud (ÖZƏL)

Siyasət Materials 9 Aprel 2025 18:33 (UTC +04:00)
Azərbaycan və Pakistan əsas istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirir - Şeraz Mahmud (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Pakistan enerji, ticarət, müdafiə və strateji tərəfdaşlıq sahələrində əməkdaşlığı inkişaf etdirir.

Bunu Trend-ə Qərbi Kaspi Universitetinin Regionşünaslıq İnstitutunun elmi işçisi Şeraz Mahmud Bakıda "Yeni dünya düzəninə doğru" mövzusunda beynəlxalq forumun kuluarlarında deyib.

O, iki ölkə arasında əlaqələrin müxtəlif səviyyələrdə möhkəmləndiyini qeyd edib.

Ş.Mahmud, həmçinin, müxtəlif ölkələrdən aparıcı tədqiqatçıları, alimləri və analitik mərkəzlərin nümayəndələrini bir araya gətirən Bakıda keçirilən forumun əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, forum qlobal transformasiyaların və onların müxtəlif regionlara, o cümlədən, Qafqaz və Mərkəzi Asiyaya təsirinin müzakirəsi üçün səmərəli platformaya çevrilib.

Forum iştirakçılarının Xankəndiyə səfərindən danışan ekspert Azərbaycanın regionun bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı işləri xüsusi qeyd edib.

"Gördüklərimiz bizi heyran etdi: yollar, tunellər, infrastruktur, eləcə də, belə əlamətdar beynəlxalq tədbirə ev sahibliyi edən Qarabağ Universiteti. Bu, həm universitet, həm də bütövlükdə region üçün böyük qələbədir", - o əlavə edib.

Onun sözlərinə görə, forumun əsas məqamı iştirakçıların Prezident İlham Əliyevlə görüşü oldu.

"Prezident əsas xarici siyasət məsələlərində Azərbaycanın mövqeyini ifadə edərək bütün suallara ətraflı cavab verdi. Bu, iştirakçılara ölkənin xarici siyasət kursunu və onun regiondakı rolunu daha yaxşı başa düşməyə imkan verdi", - ekspert vurğulayıb.

Xəbər lenti

Xəbər lenti