...

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Cəmiyyət Materials 9 Aprel 2025 17:00 (UTC +04:00)
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının siyahısı genişləndirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bu gün keçirilən iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Layihədə aşağıdakı rüsumların qanunvericiliyə salınması təklif edilir:

  • Pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının verilməsi - 15 manat
  • Aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi - 15 manat
  • Pilotsuz uçuş aparatlarına qeydiyyat sertifikatının verilməsi - 10 manat
  • Pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin verilməsi - 10 manat
  • Məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin verilməsi - 10 manat
  • Model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi - 10 manat
Məqalədə:
Xəbər lenti

Xəbər lenti