...

"Xarici qüvvələr" Tbilisidə təxribat törətməyə çalışıb - Kobaxidze

Dünya xəbərləri Materials 9 Aprel 2025 20:26 (UTC +04:00)
"Xarici qüvvələr" Tbilisidə təxribat törətməyə çalışıb - Kobaxidze
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın baş naziri İrakli Kobaxidze “xarici qüvvələri” Tbilisinin mərkəzində insanları zorakılığa təhrik etməkdə ittiham edib.

Trend xəbər verir ki, bu barədə o öz “Facebook” səhifəsində yazı paylaşıb.

“Bu gün xarici qüvvələr Rustavelli prospektində (insanları) zorakılığa təhrik etməyə çalışdılar, gördülər ki, bu onlarda alınmır, özləri zorakılığa əl atdılar”, - deyə Kobaxidze yazıb.

Xatırladaq ki, ötən gecə Tbilisinin mərkəzində müxalifətin etiraz aksiyası keçirilib. Bu gün səhər saatlarında isə bəzi fəallar baş nazir və digər hökümət rəsmilərinin 1989-cu il hadisələri qurbanların xatirəsinə həsr olunmuş abidəyə gül qoymalarına əngəl olmağa çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti