...

Tramp bəzi ölkələrə rüsumları 90 gün müddətinə dayandırıb

Gündəm Materials 9 Aprel 2025 22:26 (UTC +04:00)
Tramp bəzi ölkələrə rüsumları 90 gün müddətinə dayandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını bildirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, "75-dən çox ölkə ticarət, ticarət maneələri, rüsumlar, valyuta manipulyasiyası və qeyri-monetar rüsumlarla bağlı məsələləri müzakirə etmək" üçün ABŞ rəsmilərinə müraciət edib. Bu dövlətlər, Trampın sözlərinə görə, “ABŞ-a qarşı heç bir cavab tədbiri görməyiblər”.

Bununla əlaqədar Tramp bildirib ki, o, 90 günlük fasilə və həmin müddət üçün cavab tariflərinin əhəmiyyətli dərəcədə 10 faizlik aşağı səviyyəsinin tətbiq edilməsi ilə bağlı tapşırıq verib. "Qərar dərhal qüvvəyə minir", - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti