Bakı. Trend:
Martın 15-dən bəri ABŞ-nin "Ənsar Allah" üsyançı hərəkatının nəzarətində olan Yəmən ərazisinə endirdiyi zərbələr nəticəsində azı 107 dinc sakin həlak olub.
Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığı hökumətin Səhiyyə Nazirliyi bildirib.
"ABŞ-ın Yəmənə qarşı təcavüzü nəticəsində martın 15-dən aprelin 9-dək azı 107 dinc sakin həlak olub, eyni müddət ərzində 223 mülki şəxs yaralanıb", - deyə qeyd olunub.
Nazirlik onu da bildirib ki, ABŞ-nin aprelin 8-də axşam saatlarında Yəmənin Hodeydə şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 6 qadın və 4 uşaq olmaqla 12 nəfərə çatıb.