...

Azərbaycanda vergi güzəştləri nəticəsində illik gəlir itkisi 2 milyard manatdan çoxdur - BVF

İqtisadiyyat Materials 9 Aprel 2025 15:32 (UTC +04:00)
Azərbaycanda vergi güzəştləri nəticəsində illik gəlir itkisi 2 milyard manatdan çoxdur - BVF
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda vergi güzəştləri nəticəsində illik gəlir itkisini 2 milyard manatdan çox, yaxud təxminən ÜDM-in 1,5%-I həcmində qiymətləndirirlər.

Trend bu barədə BVF-a istinadən məlumat verir

“Hakimiyyət orqanları vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının gücləndirilməsinin davam etdirilməsi və yeni gəlir mənbələrinin müəyyən edilməsi üçün mövcud vergi sisteminə yenidən baxılması da daxil olmaqla bir sıra tədbirlər həyata keçirməlidir”, - deyə məlumatda bildirilib.

BVF-nun proqnozlarına əsasən, Vergi İdarəçiliyi Diaqnostika Aləti (TADAT) sisteminin tətbiqi vergi inzibatçılığında mövcud olan mümkün zəif cəhətləri üzə çıxarmağa və dövlətin vergi gəlirlərini artırmaq səylərini dəstəkləməyə yardım edə bilər.

Xərclərlə bağlı olaraq, hökumət əməkhaqqı fondunun artımını və subsidiyaların daha səmərəli, məqsədyönlü şəkildə istifadəsini diqqətlə izləməlidir. Eyni zamanda, dövlət investisiya xərclərinin səmərəliliyini artırmaqla bu sahədəki xərclərin tədricən azaldılması da dövlət maliyyəsinin sabitləşdirilməsinə (fiskal konsolidasiyaya) töhfə verməlidir.

Bu məqsədlə, hökumət Dövlət İnvestisiya İdarəçiliyinin Qiymətləndirilməsi (PIMA) alətinin tətbiqini də nəzərdən keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti