...

Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanıldı

Hadisə Materials 9 Aprel 2025 13:08 (UTC +04:00)
Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanıldı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti