Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 1 aprel 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 20 192 olub.
Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,2% çoxdur.
Həmçinin, hesabat dpvründə Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 7,6 faiz artıb və 6.005 təşkil edib.