Bakı. Trend:
“Taydvater Ofşore Servisez (PTE) Limited” şirkətinin Azərbaycandakı filialı ləğv edilir.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, mənzil 11 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən şirkət 2007-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Anq Ern Coani adlı şəxsdir.
Haqqında bəhs olunan şirkət qazma qurğuları və avadanlıqları üçün yedəkləmə və lövbərlə işləmə də daxil olmaqla, dənizdə kəşfiyyat, işlənmə və hasilatın hər bir mərhələsində dəstək təklif edir.