...

Macarıstan və Azərbaycan arasındakı münasibətlər “qızıl əsrini” yaşamaqdadır - Macar analitik

Siyasət Materials 9 Aprel 2025 18:14 (UTC +04:00)
Macarıstan və Azərbaycan arasındakı münasibətlər “qızıl əsrini”  yaşamaqdadır - Macar analitik
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan və Azərbaycan arasındakı münasibətlər “qızıl əsrini” yaşamaqdadır.

Bunu Trend-ə Con Lukas adın Strategiya və Siyasət İnstitutunun analitiki Zoltan Eqerisi “Yeni Dünya Düzəninə doğru” mövzusunda Bakıda keçirilən 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Macarıstan və Azərbaycan enerji sektorunda xüsusi əhəmiyyət kəsb edən ikitərəfli əlaqələrə malikdirlər. Son illər Macarıstandan olan iri enerji şirkətləri Azərbaycanın enerji sektoruna fəal şəkildə investisiyalar qoyurlar. Bundan savayı, Macarıstana qaz tədarük edir ki, bu da öz növbəsində Avropada hazırda yaşanan enerji böhranları fonunda son dərəcə vacibdir”, - deyə Eqerisi qeyd edib.

“Beləcə, yaxşı siyasi əlaqələrin olması, Azərbaycanın strateji mövqeyi və onun enerji ehtiyatları sayəsində Macarıstan-Azərbaycan münasibətləri getdikcə daha da aktivləşir, ələlxüsus da iqtisadi sferada”, - deyə təhlilçi vurğulayıb.

Z.Eqerisi əlavə edib ki, Azərbaycanın təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstində yox, həm də qonşu regionlarla münasibətlərdə, o cümlədən, enerji, təhlükəsizlik, geosiyasətdə xarici siyasətinin əsas aspektlərini ehtiva edən aydın strategiyası var.

Ekspertin sözlərinə görə, Azərbaycanın yürütdüyü xarici siyasət, xüsusilə də dünyada yaşanan qarışıqlıq şəraitində gələcək çağırışların effektiv şəkildə öhdəsində gəlməyə yardımçı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti