...

“Meydan TV” işi üzrə təqsirləndirilən Aytac Əhmədova barəsində qərar verilib

Hadisə Materials 9 Aprel 2025 11:34 (UTC +04:00)
“Meydan TV” işi üzrə təqsirləndirilən Aytac Əhmədova barəsində qərar verilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Meydan TV” işi üzrə təqsirləndirilən Aytac Əhmədova (Tapdıq) Xətai rayon Məhkəməsinin 2 aprel tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edib.

Qərarə əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Aytac Əhmədova (Tapdıq) ötən il dekabrın 6-da saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti