...

İran və ABŞ arasında müzakirələrin növbəti raundu Romada keçiriləcək

Dünya xəbərləri Materials 17 Aprel 2025 10:43 (UTC +04:00)
İran və ABŞ arasında müzakirələrin növbəti raundu Romada keçiriləcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında müzakirələrin 2-ci raundu İtaliyanın paytaxtı Romada keçiriləcək.

Trend-in məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, önəmli məsələ danışıqların keçirildiyi məkanın məsafəsinin hər iki müzakirəçi heyət üçün bərabər olmasıdır. Həmçinin, müzakirələrlə əlaqədar logistika və dəstək də nəzərdə tutulmalıdır. Misal üçün, Oman İrana çox yaxındır. Lakin qarşı tərəf (ABŞ) üçün məsafə uzundur. Buna əsasən bütün kənar məsələlər nəzərə alınmalıdır.

Qəribabadi bildirib ki, bununla belə, danışıqlar Omanın vasitəçiliyi ilə həyata keçiriləcək və Oman xarici işlər naziri Seyid Bədr Əlbusəidi vasitəçi missiyasını yerinə yetirəcək.

“Əgər qarşı tərəfdən danışıqların hər hansı ölkədə keçirilməsi üçün müraciət olunarsa, İran bu məsələyə müsbət yanaşır. Təbii ki, təklif olunan ölkənin İranla əsaslı məsələlər və başqa məhdudiyyətləri olarsa, istisnadır. İran da danışıqların hansı ölkədə keçirilməsi üçün qarşı tərəfə təkliflər verə bilər. Bu baxımdan, müzakirələrin keçiriləcəyi məkan əsaslı məsələ hesab olunmur”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.

Xəbər lenti

Xəbər lenti