...

Pentaqon bu şəxslərdən üzr istəyib

Dünya xəbərləri Materials 9 Aprel 2025 11:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Müdafiə nazirliyi Co Baydenin hakimiyyəti dövründə koronovirusa qarşı peyvənd olunmaqda imtina etdiklərinə görə işdən qovulmuş hərbi qulluqçulardan rəsmən üzrxahlıq edib və dəymiş ziyana görə təzminat təklif edib. Onlara eyni zamanda, sıravi xidmətə qaytarılmalarının mümkünlüyü barədə içində təlimat olan məktub göndərilib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, keçmiş Ağ Ev rəhbərliyinin dövründə 8700-ə yaxın hərbi qulluqçu icbari vaksinasiya qaydaları ucbatından ordudan ayrılmaq məcburiyyətində qalıb.

Onlardan bəziləri məhkəmə yolu xidmətə bərpa olunmağa cəhd etsələr də, onların bu səyləri boşa çıxmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti