Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycana Almaniyadan 70,5 ton miqdarında kərə yağı idxal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsulun idxalına çəkilən xərc 635,8 min ABŞ dolları olub.
Almaniyadan kərə yağının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 50,2 ton və ya 3,5 dəfə, dəyər ifadəsi ilə 513,4 min ABŞ dollar, yaxud da 5,2 dəfə artıb.
Belə ki, ötən ilin ilk ayında Almaniyadan Azərbaycana 20,3 ton miqdarında, 122,4 min ABŞ dolları dəyərində kərə yağı idxal edilib.
Qeyd edək ki, yanvarda Azərbaycana 10,7 milyon ABŞ dolları dəyərində 1,5 min ton kərə yağı idxal edilib.
Həmçinin, Azərbaycandan 6,7 milyon ABŞ dolları dəyərində 960 ton kərə yağı ixrac edilib.