...

Azərbaycan Rusiyaya kərə yağı satışını 4 dəfəyə yaxın artırıb

İqtisadiyyat Materials 8 Aprel 2025 17:51 (UTC +04:00)
Azərbaycan Rusiyaya kərə yağı satışını 4 dəfəyə yaxın artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 960 ton kərə yağı ixrac olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsulun ixracından əldə olunan gəlir 6,7 milyon ABŞ dolları olub.

Rusiyaya kərə yağı ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 700 ton və ya 3,7 dəfə, dəyər ifadəsi ilə 5,2 milyon ABŞ dolları, yaxud da 4,5 dəfə artıb.

Belə ki, 2024-cü ilin birinci ayında Azərbaycandan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində 260 ton kərə yağı ixrac edilib.

Qeyd edək ki, yanvarda Azərbaycana 10,7 milyon ABŞ dolları dəyərində 1,5 min ton kərə yağı idxal olunub.

Həmçinin, Azərbaycandan 6,7 milyon ABŞ dolları dəyərində 960 ton kərə yağı ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti