...

Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı ləğv edilir

İqtisadiyyat Materials 14 Aprel 2025 17:04 (UTC +04:00)
Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı ləğv edilir
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət istiqamətləri üzrə həyata keçirilən elektron xidmətlərin təqdim edildiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) 1 may 2025-ci il tarixindən ləğv edilir.

Trend-ə bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) daxil olaraq müvafiq bölməyə keçid edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti