...

"Azəriqaz" qaz şəbəkələrinin təhlükəsizliyinin artırılması üçün pilot layihə həyata keçirir

İqtisadiyyat Materials 15 Aprel 2025 13:04 (UTC +04:00)
"Azəriqaz" qaz şəbəkələrinin təhlükəsizliyinin artırılması üçün pilot layihə həyata keçirir
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “Bludigit” şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində istifadə edilən “Picarro” avadanlığı vasitəsilə qaz sızmaları real vaxt rejimində və dəqiq koordinatlarla aşkarlanır.

Trend bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu texnologiya resursların səmərəli istifadəsi ilə yanaşı, ekoloji dayanıqlılığın təmin olunmasına da dəyərli töhfə verir.

"Azəriqaz İstehsalat Birliyi qaz şəbəkələrinin təhlükəsizliyinin artırılması və istismar proseslərinin daha effektiv təşkili məqsədilə innovativ texnologiyaların tətbiqini davam etdirir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti