Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 9,024 min ton alüminium məmulatları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkədə alüminium istehsalı 856 ton və ya 5,8% artıb.
Cari ilin aprelin 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 3,3 min ton təşkil edib.
Qeyd edək ik, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində Azərbaycanda 2025-сi ilin yanvar-mart aylarında 285,6 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 8%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 18,1% azalma müşahidə olunub.
2025-сi ilin yanvar-mart aylarında metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 90,3%, polad tökmə istehsalı 11,5%, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 40,3% azalıb.