...

Birinci rübdə Azərbaycanda istehsal edilmiş mazutun həcmi açıqlanıb

İqtisadiyyat Materials 16 Aprel 2025 11:08 (UTC +04:00)
Birinci rübdə Azərbaycanda istehsal edilmiş mazutun həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 42,4 min ton mazut istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin yanvar-mart aylarında ölkədə mazut istehsal edilməyib.

Bu ilin aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 0,6 min ton təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 27,4 min mazut istehsal edilib ki, bu da, illik müqayisədə 26,4 min ton, yaxud da 27 dəfə çoxdur. Belə ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan mazutun həcmi 1 000 ton olub.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,257 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti