...

Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 18%-dən çox artıb

İqtisadiyyat Materials 19 Aprel 2025 13:39 (UTC +04:00)
Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 18%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevral ayında Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 11 milyard manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,725 milyard manat və ya 18,7% çoxdur. Belə ki, ötən ilin fevral ayında Azərbaycanda debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların həcmi 9,248 milyard manat ədəd idi.

O cümlədən, bu kartlar ilə nağd pulun çıxarılması zamanı 3,585 milyard manatlıq, nağdsız ödənişlər zamanı 7,132 milyard manatlıq əməliyyat həyata keçirilib.

Qeyd edək ki, cari ilin fevral ayında kredit kartları ilə aparılan əməliyyatların sayı 12,5 milyon ədəd, debet kartları ilə aparılan əməliyyatların sayı 158,7 milyon ədəd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti