...

Xorvatiya Azərbaycandan neft alışını beş dəfədən çox artırıb

İqtisadiyyat Materials 21 Aprel 2025 13:30 (UTC +04:00)
Xorvatiya Azərbaycandan neft alışını beş dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 238,7 milyon ABŞ dolları dəyərində 428,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 188,2 milyon ABŞ dolları və ya 4,7 dəfə, həcm ifadəsində isə 349,1 min ton və ya 5,4 dəfə çoxdur.

Dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 3,3 milyard ABŞ dolları dəyərində 6 milyon ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.

Neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,4% və ya 153,5 milyon ABŞ dolları azalıb, həcm ifadəsi ilə isə 7,3% və ya 411,1 min ton artıb.

Bundan başqa, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanla Xorvatiya arasında ticarət əməliyyatlarının həcmi 239,9 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 188,3 milyon ABŞ dolları və ya 4,6 dəfə çoxdur.

Hesabat dövründə Xorvatiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,99%-i həcmində olub. Bununla da Xorvatiya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 238,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 188,3 milyon ABŞ dolları və ya 4,7 dəfə çoxdur. Hesabat dövrü ərzində Xorvatiya ilə ixrac əməliyyatları Azərbaycanın ümumi ixracının 3,74%-ni təşkil edib.

Bu ilin yanvar-mart aylarında Xorvatiyadan Azərbaycana 1,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 19 min ABŞ dolları və ya 1,6% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti