...

Dizel yanacağının qlobal qıtlığı real təhdidə çevrilməkdədir - REDBRIDGE Energy

İqtisadiyyat Materials 25 Aprel 2025 13:00 (UTC +04:00)
Dizel yanacağının qlobal qıtlığı real təhdidə çevrilməkdədir - REDBRIDGE Energy
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı.Trend:

Dəniz yanacağına dair standartların sərtləşdirilməsi və bio-yanacaq qiymətlərinin artması fonunda qlobal dizel yanacağı qıtlığı real təhdidə çevrilir.

Trend xəbər verir ki, bunu “REDBRIDGE Energy” şirkətinin treyderi Fərrux Novruzov Bakıda keçirilən Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumunda çıxışında bildirib.

O, dizel yanacağının potensial qıtlığı ilə bağlı narahatlığını ifadə edib və bildirib ki, o bioyanacaq qiymətlərinin daima yüksək olması və dəniz yanacağı standardlarının sərtləşdirilməsi ucbatından getdikcə daha da dərinləşdir.

F. Novruzovun sözlərinə görə, çox aşağı kükürdlü yanacağın (VLSFO) bunker yanacaq qarışıqlarından çıxarılması tədarüklərdə ciddi qıtlığa gətirib çıxara bilər ki, bu da xüsusilə PLC yanacağının əlçatanlığına mənfi təsir göstərəcək.

“Bu qıtlıq, dizel yanacağının təchizatının artıq bütün dünyada, xüsusilə də 2022-ci ildə müharibənin başlanmasından bəri Avropada məhdud olduğu bir dövrdə baş verir. Əvvəllər dizelin əsas ixracatçısı olan Rusiya bu bazara təchizatını azaldıb, Avropa neft emalı zavodları isə benzin istehsalı üçün optimallaşdırılmış konfiqurasiyalara görə tələbatı ödəməkdə çətinlik çəkməyə davam edir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti