...

AİB-in Özbəkistan üzrə direktoru Atom Elektrik Stanstiyası layihəsinə dəstəyin mümkünlüyü barədə danışıb

İqtisadiyyat Materials 5 May 2025 10:24 (UTC +04:00)
AİB-in Özbəkistan üzrə direktoru Atom Elektrik Stanstiyası layihəsinə dəstəyin mümkünlüyü barədə  danışıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Asiya İnkişaf Bankı Özbəkistanda atom elektrik stansiyasının inşası layihəsinə dəstək imkanlarını yaxşıca təhlil etməlidir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB-nin Özbəkistan üzrə direktoru Kanokpan Lao-Araya bu gün bankın Milanda keçirilən İllik iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Atom enerjisinə gəlincə, heç şübhəsiz ki, bu AİB üçün yeni istiqamətdir. Biz gərək öz mövqeyimizi yenidən nəzərdən keçirək, belə ki, burada müəyyən risklər mövcuddur”, - o Cizak vilayətindəki kiçik AES layihəsi barədə sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, AİB hələ ki, atom enerji sahəsində üzv dövlətlərdən heç birinə dəstək göstərməyib.

“Bu hələ də öyrənilmə mərhələsindədir. Qarşımızda xeyir və xərclərin təhlilini aparmaq və nəticələri hökumətlə birgə müzakirə etmək vəzifəsi durur”, – Lao-Araya aydınlaşdırıb.

Bundan başqa, Cizak vilayətində kiçik atom elektrik stansiyası layihəsi çərçivəsində ilk istehsalat obyektlərinin tikintisinə artıq başlanılıb. İşlər rəsmi olaraq 15 aprel tarixində enerji bloklarının inşası mərhələsində əsas rol oynayacaq infrastruktur bazasının yaradılması ilə start götürüb. Baza ərazisində inzibati binalar, istehsalat sexləri, anbarlar və iri yığım sahələri yerləşəcək.

Özbəkistan və Rusiya arasında 2024-cü il mayın 27-də imzalanmış saziş çərçivəsində, Cizak vilayətində ümumi gücü 330 MVt olan kiçik AES inşa ediləcək. Stansiya hər biri 55 MVt gücündə olan altı reaktordan ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti