...

Azərbaycan və Belarus Şərqi Zəngəzurda əməkdaşlığı inkişaf etdirir

İqtisadiyyat Materials 5 May 2025 17:19 (UTC +04:00)
Azərbaycan və Belarus Şərqi Zəngəzurda əməkdaşlığı inkişaf etdirir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Belarus Şərqi Zəngəzur iqtisadi rayonunda layihələri inkişaf etdirir.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakı şəhərində keçirilən "Azərbaycan–Belarus" biznes forumu çərçivəsində etdiyi çıxışda deyib.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa işləri aparılır. Xarici şirkətlərlə, o cümlədən, Belarus şirkətləri ilə müxtəlif tərəfdaşlıq modelləri işlənib hazırlanır. Ağıllı kəndlər və aqrar qəsəbələrin yaradılması üzrə layihələr həyata keçirilir”, - deyə o qeyd edib.

Y.Abdullayevin sözlərinə görə, Belarus biznesinin bu layihələrdə iştirakı perspektivli istiqamət kimi dəyərləndirilir.

“Azad edilmiş ərazilərin bərpasına Belarus şirkətlərinin cəlb olunmasında böyük potensial görürük”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti