...

Azərbaycan Rusiyadan bitumlaşmış kömür idxalını 20%-dən çox azaldıb

İqtisadiyyat Materials 6 May 2025 13:31 (UTC +04:00)
Azərbaycan Rusiyadan bitumlaşmış kömür idxalını 20%-dən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-ferval aylarında Azərbaycana Rusiyadan 2 min ton bitumlaşmış kömür idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsul idxalına çəkilən xərc 452 min ABŞ dolları olub.

Rusiyadan bitumlaşmış kömür idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 556 ton və ya 21,9%, dəyər ifadəsi ilə 139 min ABŞ dolları, yaxud da 23,5% azalıb. Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana Rusiyadan 2,5 min ton miqdarında, 591 min ABŞ dolları dəyərində bitumlaşmış kömür idxal edilmişdi.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana Rusiyadan 17,7 min ton miqdarında, 3,1 milyon ABŞ dolları dəyərində bitumlaşmış kömür idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti