...

Viktor Orban Macaırstan iqtisadiyyatına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

İqtisadiyyat Materials 21 May 2025 12:43 (UTC +04:00)
Viktor Orban Macaırstan iqtisadiyyatına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin iqtisadiyyatına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

“Ötən il Macarıstanın ilk dəfə olaraq Azərbaycan qazı əldə etməsinə görə Azərbaycan prezidentinə təşəkkür etmək istəyirəm. Bundan başqa, biz iri macar şirkətlərinin Azərbaycanda enerji layihələrinə qoşulmaq imkanı əldə etdiklərinə görə minnətdarıq”, - Orban TDT-nin Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısında bildirib.

Onun sözlərinə görə, Macarıstanın öz enerji-resurslarına malik olmadığı nəzərə alınsa, bu Budapeşt üçün bu xüsusi önəm kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti