...

Mərkəzi Bankın Şimali Amerikadakı aktivləri 20%-ə yaxın azalıb

İqtisadiyyat Materials 24 May 2025 17:10 (UTC +04:00)
Mərkəzi Bankın Şimali Amerikadakı aktivləri 20%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Şimali Amerikadakı aktivlərinin həcmi 11,841 milyard manat olub.

Trend bu barədə AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 2,802 milyard manat və ya 19,1% azdır.

Belə ki, 2023-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankının Şimali Amerikadakı aktivlərinin həcmi 14,643 milyard manat olmuşdu.

Hesabat dövründə AMB-nin Şimali Amerikadakı aktivləri pul vəsaitləri və onların ekvivalentləri üzrə 2,827 milyard manat, borc qiymətli kağızlar üzrə 8,969 milyard manat, sair maliyyə aktivləri üzrə 45,5 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti