...

“Android” zirvədə, “Windows” və iOS təqibdə - Əməliyyat sistemlərinin Azərbaycanda bazar payı

İqtisadiyyat Materials 4 Avqust 2025 13:33 (UTC +04:00)
“Android” zirvədə, “Windows” və iOS təqibdə - Əməliyyat sistemlərinin Azərbaycanda bazar payı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyul ayında “Android” əməliyyat sisteminin Azərbaycan bazarında payı əvvəlki ayla müqayisədə 13,07 faiz bəndi azalaraq 57,92 faiz təşkil edib.

Bu barədə Trend “Global Stats” Statistika Mərkəzindən məlumat əldə edib.

Məlumata əsasən, Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri “Microsoft Windows” proqram məhsulları tutur.

Belə ki, cari ilin iyun ayı ilə müqayisədə iyulda “Microsoft Windows” əməliyyat sisteminin ölkə üzrə bazar payının həcmi 6,1 faiz bəndi artaraq 18,33 faizə bərabər olub.

Üçüncü mövqedə 13,55 faiz bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı cari ilin iyun ayı ilə müqayisədə iyulda ayında 3,89 faiz bəndi artıb.

Hesabat dövründə digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: “OS X” – 1,61 faiz, “Linux” – 1,27 faiz, naməlum əməliyyat sistemləri – 2,69 faiz, “Samsung” – 0,27 faiz, “Chrome O” – 0,01 faiz, “macOS” – 2,54 faiz, digərləri – 0,03 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti