...

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

İqtisadiyyat Materials 11 Dekabr 2025 12:21 (UTC +04:00)
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

2025-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,0 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 4,8 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.

Xəbər lenti

Xəbər lenti