Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8,160 milyard manat olub.
Trend bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz çoxdur.
Dövr ərzində hüquqi şəxslər tərəfindən əhaliyə 7,281 milyard manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 89,2 faizini təşkil edib.
Qeyd edək ki, ümumi ölkə üzrə isə 2025-ci ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 faiz artaraq 13,233 milyard manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 9,976 milyard manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.
