...

Bakı Gəmiqayırma Zavodunda tikilən üç yeni tanker üzrə işlər davam edir (FOTO)

İqtisadiyyat Materials 26 Yanvar 2026 10:49 (UTC +04:00)
Bakı Gəmiqayırma Zavodunda tikilən üç yeni tanker üzrə işlər davam edir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) tikilən üç yeni tanker üzrə işlər davam edir.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, hazırda həmin tankerlərdən birinin tikinti işlərinin təxminən 40%-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin 35%-i geridə qalıb.

Maksimal sürəti 10 uzel, dedveyti 7740 ton olacaq tankerlərin uzunluğu 141, eni 16.98, bortunun hündürlüyü 6 metr təşkil edəcək. Gəmilərin xüsusi konstruksiyası onların dayaz limanlara tam yüklə yanaşmasına imkan verəcək.

Tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə əsasında inşa olunur.

Qeyd edək ki, ASCO-nun sifarişi ilə indiyədək BGZ-də dörd ədəd tanker inşa edilərək təhvil verilib. Onlardan “Laçın” və “Kəlbəcər” neft və neft məhsulları, “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan” isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar edilir. Hazırda inşası davam edən tankerlər də “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan” gəmiləri ilə eyni layihədəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti