...

"AZCON Holding" 2025-ci il üzrə nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqladı

İqtisadiyyat Materials 26 Yanvar 2026 12:15 (UTC +04:00)
"AZCON Holding" 2025-ci il üzrə nəqliyyat sektorunda sərnişindaşıma və yükdaşıma göstəricilərini açıqladı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"AZCON Holding" 2025-ci ilə aid nəqliyyat sektorunda həm sərnişindaşıma, həm də yükdaşıma göstəricilərini açıqlayıb.

Trend-in məlumatına görə, hesabatda qeyd edilir ki, sərnişindaşıma sahəsində hesabat dövründə ADY üzrə gündəlik orta sərnişin sayı 28 min nəfər təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 21% artım deməkdir. “BakuBus” marşrut xətləri ilə daşınan gündəlik orta sərnişin sayı ötən dövrlə müqayisədə 39% artaraq 557 min nəfərə çatıb. Bakı Metropoliteni üzrə daşınan gündəlik orta sərnişin sayı isə əvvəlki illə müqayisədə metronun “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılması səbəbindən 1% azalaraq 621 min nəfər olub. Beləliklə, “BakuBus” və Bakı Metropoliteni üzrə ümumilikdə daşınan gündəlik orta sərnişin sayı 1,2 milyon olmaqla, 17% artım müşahidə olunub.

AZAL üzrə ümumi sərnişin sayı 4,2 milyon nəfər olub ki, bu da 3% artım deməkdir. Tranzit sərnişin daşımaları isə 487 min nəfər təşkil edərək 30% artım göstərib. Bakı Metropoliteni üzrə xəttə buraxılan vaqonların sayı əvvəlki illə müqayisədə 9% artırılaraq 381-ə çatdırılıb. Qatarlararası interval 15 saniyə azaldılaraq 1 dəqiqə 45 saniyə olub.

Yükdaşıma

Yükdaşıma üzrə ADY vasitəsilə Şərq – Qərb dəhlizi ilə daşınmış tranzit yüklərin həcmi 3,7 milyon ton olub ki, bu da əvvəlki illə müqayisədə 12% artım deməkdir. Bakı Limanı vasitəsilə konteyner aşırmalarının həcmi 40% artım nümayiş etdirərək 107 min TEU təşkil edib.

ASCO vasitəsilə quru yük gəmiləri ilə daşımaların həcmi 1,3 milyon ton (45% artım), tanker daşımalarının həcmi 4,3 milyon ton (2% artım) olub. Xəzərdən kənar daşımaların həcmi isə ötən dövrlə müqayisədə 129% artım göstərərək 1,4 milyon tona çatıb.

Bununla da 2025-ci ilin nəticələri AZCON Holding-in nəqliyyat infrastrukturunun inkişaf etməsi, sərnişinlər üçün daha rahat və çevik xidmətlərin təmin olunması, eləcə də Azərbaycanın regional və beynəlxalq logistika mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti