Bakı. Trend:
Azərbaycan və İsrail strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir.
Trend xəbər verir ki, bunu İsrailin Xarici İşlər Naziri Gideon Saar bu gün Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunun gedişində deyib.
“Biz qarşılıqlı investisiyaları artırmağa və insanlar arasında təmasları inkişaf etdirməyə can atırıq. Əminəm ki, bu bizdə alınacaq”, -deyə o bildirib.
Onun sözlərinə görə, İsrail və Azərbaycan regionlarda sabitliyin dayağıdır və inkişaf etmiş iqtisadiyyatlara malikdirlər.
G. Saar qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 50 faiz artaraq 360 milyon ABŞ dollarını ötüb.
“Əminəm ki, gələn il və sonrakı illərdə bu göstəricilər daha da yüksək olacaq. Lakin hazırkı artım da əhəmiyyətlidir”, – deyə İsrailli XİN başçısı bildirib.
Onun sözlərinə görə, Azərbaycan önəmli regional – coğrafi mövqeyə malikdir.
