...

İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə tərəfdaşlıq müzakirə olunub

İqtisadiyyat Materials 26 Yanvar 2026 19:10 (UTC +04:00)
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə tərəfdaşlıq müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndələri ilə keçirilən görüşdə birgə layihələrin icra vəziyyəti müzakirə edilib.

Trend xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastruktur sahəsi üzrə regional direktoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays ilə görüşüb.

Görüşdə Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Tərəflər birgə layihələrin icra vəziyyətini dəyərləndiriblər. Şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivləri, şəhər mobilliyi, bərpa olunan enerji və yaşıl iqtisadiyyata keçid təşəbbüslərinə dəstək imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti