...

"PAŞA Bank"ın tələb olunan kapital adekvatlığı 22%-dir - Murad Süleymanov

İqtisadiyyat Materials 28 Yanvar 2026 10:57 (UTC +04:00)
"PAŞA Bank"ın tələb olunan kapital adekvatlığı 22%-dir - Murad Süleymanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"PAŞA Bank"ın tələb olunan kapital adekvatlığı bu gün 22%-dir.

Trend xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov təmsil etdiyi bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın tələbi isə 12.5%-dir:

"Burada 10%-lik fərqi görmək mümkündür. 10% isə bu nisbətdə, yəni tələbin üzərində təxminən 50% edir. Yəni biz tələbin üzərində təxminən 50% yuxarıdayıq".

M. Süleymanov əlavə edib ki, səhm buraxılışından gələn vəsaitlər kapitala yüklənəcək:

"Bu o deməkdir ki, biz kapital adekvatlığında təxminən 45-50% tələblərin üzərindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti