...

“Android”in Azərbaycan üzrə bazar payı kiçilib

İqtisadiyyat Materials 2 Fevral 2026 18:00 (UTC +04:00)
“Android”in Azərbaycan üzrə bazar payı kiçilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında “Android” əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı əvvəlki aya nisbətən 2,62 faiz bəndi azalaraq 36,27 faiz təşkil edib.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, “Microsoft Windows” məhsulları Azərbaycan əməliyyat sistemi bazarında ikinci yeri tutub və onların payı ötən ilin dekabr ayı ilə müqayisədə dekabrda 2,33 faiz bəndi artaraq 32,4 faiz olub.

Siyahıda növbəti pillədə 15,58 faiz bazar payı ilə İOS gəlir. İOS-un Azərbaycandakı bazar payı ötən ilin dekabr ayı ilə müqayisədə 0,05 faiz bəndi azalıb.

Digər əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı isə 15,75 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti