...

Avqust ayında Azərbaycanda istehlakqiymətləri yenidən artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2007 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Bazar ertəsi Dövlət Statistka Komitəsindən verilən məlumata görə, avqust ayında istehlak malları və xidmət tariflərinin artım sürəti iyul ayı ilə müqayisədə 0,8% , ötən ilin müvafiq ayı ilə müqayisədə isə, 16,2% təşkil edib.

Ərzaq məshsullarının qiyməti avqust ayında 1,3%, qeyri-ərzaq məhsullarının qiyməti isə 0,4% bahalaşıb, xidmət tarifləri isə dəyişməyib.

Ötən ilin analoji dövrü ilə müqayisədə , yanvar-avqust ayları ərzində inflyasiyanın artım sürəti 15,9% təşkil edib. Ərzaqməhsullarının qiyməti isə 15,4%, qeyri-ərzaq məhsullarının qiyməti isə 10,2% artıb. Xidmət sahəsində tariflərdə isə artım 24,4% təşkil edib.

Bu arada ərzaq məhsullarının qiyməti avqust ayında 2006-cı ilin analoji dövrü ilə müqayisədə 14,8%, qeyri-ərzaq məhsulları 11%, xidmətlər isə 26,6% artıb.

Xəbər lenti

Xəbər lenti