...

Dövlət Sığorta Nəzarəti Azərbaycanın sığorta şirkətlərinin ilin birinci yarısına olan aktiv və passivlərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/Azərbaycanın Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycanın sığorta şirkətlərinin ilin birinci yarısında aktivləri 131766,09 min manat təşkil edib. Əsas vəsaitlər və dövriyyədənkənar aktivlər 22161,09 min manat, aktivlərin yenidən qiymətləndirilməsi 751,59 min manat, pul vəsaitləri və digər aktivlər isə, 105486,23 min manat təşkil edib.

Xüsusi vəsait mənbələri üzrə passivlər 75014,52 min manat, sığorta ehtiyatları üzrə 37257,53 min manat təşkil edib, uzunmüddətli passivlər, ilin əvvəlində 161,051 min manat olmasını nəzərə alınsa, bu dəfə sıfıra bərabər olub.

Azərbaycanda 29 sığorta şirkəti fəaliyyət göstərir, ən kiçik nizamnamə kapitalı isə 700 min manatdır.

Xəbər lenti

Xəbər lenti