...

Ekspert: " Azərbaycanın ÜDM-nin artımı AİB-in gözlədiyi səviyyədən çox ola bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2007 18:18 (UTC +04:00)
Ekspert: " Azərbaycanın ÜDM-nin artımı AİB-in gözlədiyi səviyyədən çox ola bilər"

Azərbaycan, Bakı / Trend / Dünya bazarında neftin qiymətinin artması fonunda beynəlxalq maliyyə təşkilatlarına, Azərbaycanla bağlı makroiqtisadi proqnozlar vermək asanlaşıb.

Bir tərəfdən , Azərbaycanın ÜDM-nin neft sektorundan asılılığı artır. Rəsmi məlumatlara görə, 2007-ci ilin 8 ayı ərzində ÜDM təhlili göstərir ki, ÜDM-in 60,9%-i sənaye sektorunun payına düşür. İqtisadiyyatın tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət, sosial xidmətlər kimi sektorlarının payına, orta hesabla 5%, sabit inkişaf edən rabitə sektorunun payına isə ,1,7% düşür.

Sənaye sektorunun strukturuna nəzər salaraq qeyd etmək istərdim ki, sənayenin ümumi həcminin 73,2%-i hasilat sənayesinin payına düşür. Səkkiz ay ərzində neft və qazın hasilatı , ötən ilin analoji dövrü ilə müqayisədə, müvafiq olaraq 41,4 və 49,1% artıb. Azərbaycanda neftin hasilatı özünün ən yüksək səviyyəsinə 2011-2012-ci illərdə çatacaq və yuxarıda göstərilən göstəricilər də , nəticədə, artacaq.

Emal sənayesində (sənayenin ümumi həcminin 20,4%-i) neft məhsullarının istehsalı üstünlük təşkil edərək , 30,8% təşkil edir.

Digər təfəfdən, dünya bazarında neftin qiyməti artmaqdadır və bu gün rekord həddə çatıb. Hətta neftin qiyməti ilə bağlı ən pessimist proqnoz 50 dollar təşkil edir ki, bu da Azərbaycanın dövlət büdcəsində neft üçün nəzərdə tutulmuş orta qiymətə bərabərdir. Ölkənin ixracında neft və neft məhsullarının ümumi çəkisi, son məlumatlara görə 80,5% təşkil edir.

Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanın ÜDM-nin artımı Asiya İnkişaf Bankının proqnozlaşdırdığından da çox olacaq. AİB Asian Development Outlook 2007 hesabatında Mərkəzi Asiyanın 7 ölkəsindən 6-nın (Tacikistandan başqa) ÜDM-in artımı proqnozlarını yeniləşdirib. Azərbaycanda ÜDM-in 2007-ci il üçün olan artım proqnozları 25%-dən 27%-ə qədər, 2008-ci ilə olan proqozlarsa,17%-dən 20%-ə qədər artıb.

(Ellada Xankişiyeva - Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti